Vergi bəyannamələrinin yeni formaları təsdiq edilib

Vergi bəyannamələrinin yeni formaları təsdiq edilib

Vergilər Nazirliyi “Gəlir vergisinin bəyannaməsi”, “Mənfəət vergisinin bəyannaməsi”, “Torpaq vergisinin bəyannaməsi”, “Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə qaydaları, “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması,  “Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası”, habelə “Sadələşdirilmiş vergininin bəyannaməsi” və “Əlavə dəyər vergisinin bəyannaməsi”nə,  “Xüsusi notariusun gəlir vergisi bəyannaməsinə”, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ə əlavələr və onların tərtib edilmə qaydalarına dəyişiklikləri təsdiq edib.
Nazirlikdən verilən məlumata görə, bu dəyişikliklərə səbəb Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamının tələbləri ilə bağlıdır.
Nazirlikdən bildirilib ki, bu dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək. 
Sözügedən sənədlərlə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində və “Vergilər” qəzetinin növbəti sayında tanış olmaq mümkündür. (APA)
Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR