Vərəmlə mübarizə proqramı təsdiqləndi

Vərəmlə mübarizə proqramı təsdiqləndi

Nazirlər Kabineti "2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq edib.


Aktual.az APA-ya istinadən bildirir ki, qərarda qeyd edilir ki, indiyə qədər həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci illə müqayisədə dispanser qeydiyyatında olan vərəmli xəstələrin sayı 11 mindən 9,5 minə qədər azalıb, bu xəstəlikdən ölüm halları hər 100 min nəfərə 4,2-dən 3,9-a enib.

Eyni zamanda vərəm xəstəliyi ilə mübarizə tədbirlərinin daha da təkmilləşdirilməsinə, xəstəlik hallarının erkən aşkar edilməsi, müalicəsi və profilaktikası məqsədi ilə tibb müəssisələrinin potensialının gücləndirilməsinə, bu sahədə çalışan kadrların hazırlıq səviyyəsinin artırılmasına və əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var. Tədbirlər Proqramının məqsədi Azərbaycan Respublika-sında vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması və bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasından ibarətdir. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. Tədbirlər Proqramına əsasən 2016-2020-ci illərdə Səhiyyə Nazirliyi vərəm xəstəliyinin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun peyvəndlə əhatə edilməsini, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin spesifik sınaq vasitələri və vərəm əleyhinə tibb müəssisələrinin dərman preparatları ilə davamlı təminatı təmin etməlidir. Eyni zamanda Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi isə mütəmadi olaraq bəlğəm nümunələrinin Mərkəzi Referens Laboratoriyasına və Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin bakterioloji laboratoriyasına mərkəzləşdirilmiş qaydada daşınmasının təşkilini həyata keçirməlidir.

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR