ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu axşam İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşəcək.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, görüşdən sonra Vens və Paşinyan birgə bəyanatla çıxış edəcəklər.
Vensi səfərdə həyat yoldaşı Uşa Vans müşayiət edəcək.
Məlumata görə, ABŞ vitse-prezidenti sabah Azərbaycana yola düşəcək.
Xəbər 50 dəfə oxunub.