Venesueladakı əməliyyat sübut etdi ki, AB yoxdur

Venesueladakı əməliyyat sübut etdi ki, AB yoxdur
  • DÜNYA

Venesuelada cəmi bir neçə dəqiqə davam edən əməliyyat beynəlxalq nizamın qarantı və qlobal geosiyasi oyunçu kimi AB-nin artıq mövcud olmadığını və çox güman ki, mövcud olmayacağını təsdiqlədi.
Aktual.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Feysbuk səhifəsində yazıb.
"Məlum olur ki, Brüssel lazım gəldikdə dünya nizamının dağılmasından yararlanmaqdan və bundan öz xeyrinə istifadə etməkdən çəkinmir. Brüsselin Gürcüstana qarşı beynəlxalq hüququ pozan hərəkətləri bunun əyani sübutudur. Gürcüstan hökumətinin iki əsas vəzifəsi dəyişməz olaraq qalır: ölkənin ərazi bütövlüyünü bərpa etmək və gürcü xalqının rifahını təmin etmək. Ərazi bütövlüyü uğrunda mübarizədə siyasi hisslərə və illüziyalara yer yoxdur. Gürcüstanın ərazi bütövlüyünü tanımayan dövlət və hökumət heç vaxt gürcü xalqının dostu ola bilməz - bu, fundamental həqiqətdir”, - o bildirib.
Xəbər 155 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR