Ölkədə xəstəliyin müalicəsi və profilaktikası üçün tibbi ləvazimatların kəskin çatışmazlığı mövcuddur.
Ağır iqtisadi böhran Venesuelada malyariya epidemiyasının bərpasına səbəb oldu.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, mürəkkəb vəziyyət ən azı 70 min Venesuela sakinini dağ-mədən rayonlarına qızıl axtarışına getməyə vadar edib. Qızıl axtarışı malyariya daşıyıcıları – moskitlərin yayılması üçün əlverişli şəraiti olan məkanda aparılır.
Nəşrin məlumatına görə, 2016-cı ilin 1-ci yarısında malyariyaya yoluxma sayı 72% artaraq 125 mindən ibarət olub. Bununla yanaşı, ölkədə sanitar-epidemioloji vəziyyət barədə hesabatı dərc etmir.
Bundan başqa qəzet, Venesuelada xəstəliyin müalicəsi və profilaktikası üçün tibbi ləvazimatların kəskin çatışmazlığı mövcuddur.