Venesuela hökuməti Norveç və Avstraliyadakı səfirliklərinin bağlandığını, Burkina-Faso və Zimbabvedə yeni diplomatik nümayəndəliklərin açıldığını elan edib.
Aktual.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
"Maduro hökumətinin bəyanatına görə, bu qərar resursların yenidən bölüşdürülməsi və diplomatik xidmətin yenidən qurulması çərçivəsində qəbul edilib”, - məlumatda deyilib.
Agentlik isə bildirib ki, qərar Karakas və Vaşinqton arasında gərginliyin artması və Nobel Sülh Mükafatının venesuelalı müxalifət lideri Mariya Korina Maçadoya verilməsi fonunda verilib.
Qeyd edək ki, Nobel Sülh mükafatı Norveçin paytaxtı Osloda, digər mükafatlar isə İsveçin paytaxtı Stokholmda verilir.
Xəbər 59 dəfə oxunub.