ABŞ-ın energetika naziri Kris Rayt fevralın 10-da Senatı Amerika administrasiyasının Venesuela ilə bağlı gələcək planları barədə məlumatlandıracaq.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” qəzeti Senatın Energetika və Təbii Sərvətlər Komitəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin vurğuladığına görə, Energetika Nazirliyinin rəhbərinin qanunvericilərlə görüşü qapalı şəkildə keçiriləcək. Daha öncə Rayt bildirmişdi ki, yaxın vaxtlarda Venesuelaya səfər edərək ölkə rəhbərliyi ilə görüşməyi və Venesuelanın dövlət neft şirkəti PDVSA-nın perspektivlərini müzakirə etməyi planlaşdırır. Energetika naziri Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılmasından sonra bu ölkəyə səfər edəcək mövcud ABŞ administrasiyasının ən yüksək vəzifəli nümayəndəsi olacaq. Rayt qeyd edib ki, ölkənin prezidenti səlahiyyətini icra edən Delsi Rodrigeslə görüşməyi planlaşdırır.
Qeyd edək ki, yanvarın sonunda ABŞ hakimiyyəti Amerika şirkətlərinə Venesuelanın neft sənayesi ilə bağlı, o cümlədən Venesuelanın dövlət neft şirkəti PDVSA ilə əlaqəli bəzi əməliyyatlara icazə verib. Bütün bu əməliyyatlar ABŞ qanunvericiliyinə uyğun tənzimlənməli və onlarla bağlı istənilən mübahisə ABŞ-da araşdırılmalıdır.
Xəbər 54 dəfə oxunub.