Odessada terror aktı törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb

Odessada terror aktı törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb

Ukraynanın Odessa şəhərində terror aktı törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.


APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin müşaviri Markiyan Lubkivskiy bildirib.

 

“Partlayış törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb. Onların hamısı Ukrayna vətəndaşlarıdır. “Terror aktı" maddəsi üzrə cinayət işi qaldırılıb. ”, deyə M. Lubkivskiy bildirib.

 

Xatırladaq ki, martın 12-də Odessada “Samopomoş” partiyasının qərargahının yerləşdiyi  binada partlayış baş vermişdi. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.



Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR