Sevinc hissi ilə bildirirəm ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-a sanksiyalara məruz qalan 30–50 milyon barrel yüksək keyfiyyətli neft ötürəcək.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.
"Bu neft bazar qiyməti ilə satılacaq və bu pullara ABŞ prezidenti kimi mən nəzarət edəcəyəm ki, onların Venesuela və ABŞ xalqlarının rifahı naminə istifadə olunmasına təminat verilsin!" - o qeyd edib.
Tramp əlavə edib ki, ABŞ-ın energetika naziri Kris Rayta bu planın dərhal həyata keçirilməsi tapşırılıb.
Onun sözlərinə görə, neft Amerika limanlarına çatdırılacaq.
Xəbər 136 dəfə oxunub.