Venesuela Nikolas Maduronun prezident seçkilərində qələbəsini tanımaqdan imtina edən 7 ölkədən diplomatlarını geri çağırıb.
Aktual.az xəbər verir ki, bu barədə Venesuelanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Venesuela prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanınmadıqlarına görə Çili, Argentina, Kosta-Rika, Peru, Panama, Dominikan Respublikası və Uruqvaydakı diplomatik nümayəndəliklərinin bütün üzvlərini geri çağırmaq qərarına gəlib",- bəyanatda deyilib.
Xatırladaq ki, Venesuela Milli Seçki Şurası Nikolas Maduronun prezident seçkilərində 51.2 faiz səslə qalib gəldiyini elan edib.
Xəbər 196 dəfə oxunub.