Vəkil Nihad Allahyarlı: “Avropa Şurası üzvü olan ölkələrdə də vəzifə üçün yaş senzi müəyyən edilməyib”

Vəkil Nihad Allahyarlı: “Avropa Şurası üzvü olan ölkələrdə də vəzifə üçün yaş senzi müəyyən edilməyib”

 

 

“Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər mühüm sahələri əhatə etməklə, Azərbaycanın gələcək inkişafının hüquqi əsaslarını möhkəmləndirir”. Bu sözləri “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun vəkili Nihad Allahyarlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümümxalq səsverməsi ilə bağlı danışarkən deyib. Gənc vəkil bildirib ki, təklif edilən dəyişikliklərlə yaş senzinin aradan qaldırılması gənclər üçün yeni üfüqlər açır: “Dəyişikliklərə əsasən, Konstitusiyanın 85 və 100-cü maddələrində müvafiq olaraq 25 yaş və 35 yaş sözləri ləğv edilərək, seçkidə iştirak etmək hüququ olan şəxslərə həm də seçilmək hüququ verilir. Bu addım gənclərin siyasi fəallığını böyük mənada stimullaşdıracaq”.

Nihad Allahyarlının sözlərinə görə, bu məqama dünyanın bir sıra nüfuzlu ölkələrinin təcrübəsində rast gəlmək mümkündür: “Avropa İttifaqına daxil olan Almaniya və Macarıstan kimi ölkələrdə 18 yaş, İrlandiya, Portuqaliya və Çexiya kimi dövlətlərdə isə 21 yaşa çatan gənclərin qanunverici orqanda təmsil olunması mümkündür. Avropa Şurası üzvü olan Fransa və Finlandiyanın əsas qanunlarında isə vəzifə üçün yaş senzi müəyyən edilməmişdir”.

Gənc vəkil qeyd edib ki, Prezident İlham Əliyevin təklif etdiyi referendum aktı gənclərin ictimai-siyasi proseslərdə önə çıxması, dövlət idarəçiliyində yaxından iştirakı üçün yaradılan böyük və tarixi şansdır: “Əminəm ki, Azərbaycan gəncliyi 26 sentyabrda Konstitusiya təklif olunan dəyişikliklərə “HƏ” deməklə, ölkəmizin gələcəyinə səs verəcəklər!”

Xəbər 746 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR