İki gün öncə dünyasını dəyişən britaniyalı ifaçı Corc Mayklın mirası 105 milyon funt dəyərindədir, bu isə təxminən 130 milyon dollar edir.
AzNews.az xəbər verir ki, Mirror nəşrinin məlumatına görə, mirasın bir hissəsi Corcun xaç atası olduğu uşaqların hesabına köçürüləcək. Corc Maykl aktyor Martin Kempin iki övladının və kuzeni Andreosun övladının xaç atası olub.
Həmçinin, mirasdan Spice Girls qrupunun keçmiş üzvü Geri Hollivellin qızına da çatacaq. İfaçının sevgilisi Fadi Favaz da mirasdan yararlana biləcək.
Xarici insayderlərin bildirdiyinə görə müğənni həyatının son günlərini tənhalıqda keçirib. Sonuncu dəfə onu paparazzilər Oksfordşirdə restoranların birində çəkiblər. O, yeməyə tanışları ilə birlikdə gedib.
Həyatının son aylarında Corc dostlarını tərk edib, personalı və menecerlərinin bir çoxunu işdən çıxarıb, stilistləri ilə vidalaşıb. Səhhəti ilə bağlı yaranan ciddi problemlərə görə, o, çox əsəbi olub və dostlarından uzaq gəzməyə başlayıb.
Qeyd edək ki, dünyaca məşhur ifaçı dekabrın 25-də 53 yaşında vəfat edib.
Aktual.az
Xəbər 517 dəfə oxunub.