Vəfa Zeynalovadan gənc aktrisalara irad: "Gülməlidirlər"

Vəfa Zeynalovadan gənc aktrisalara irad:

Əməkdar artist Vəfa Zeynalova seriallardakı bayağılıqdan şikayətlənib.

Aktual.az-ın Axşam.az-a istinadən məlumatına görə, aktrisa "MUZ TV"yə açıqlamasında ssenaristlərə səslənib:

"Ssenaridə məni ağrıdan tək tərəf bayağılıqdır. İfrat dərəcəsində bayağı hərəkətlər, lazımsız ləhcələr var. Əslində ləhcəyə pis baxmıram, amma qədərində olmalıdır. Ssenaristlər bilsinlər ki, səhnə, efir bizim üçün bir mədəniyyətdir, informasiya dəstəkçimizdir".

V.Zeynalova gənc aktrisalara da məsləhət verib:

"Hansısa bir epizodda çəkilirlər, gəlib deyirlər, "aktrisayam". Buna gülməli baxıram. 22 ildir peşəkar səhnədəyəm. Son 2 ildir özümə aktrisa deyirəm. "Əməkdar artist" adı alandan sonra bu adı daşımağı borc bildim. Bu sənətdə inkişaf etmək üçün istedadla yanaşı, ali savad da lazımdır. İddia insanı məhv də edə bilər, uğur da gətirər".

Xəbər 846 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR