Vəfa Zeynalova: "Mən gerçəkləri danışıram, 100 min manat qonorar alsa..."

Vəfa Zeynalova:

Aktrisa Vəfa Zeynalova şou-biznesi bəyənməyənlərin sırasına qoşuldu. Aktrisa hesab edir ki, Azərbaycanda şou-biznes yoxdu.

Gecce.az xəbər verir ki, bu barədə o, Atv Maqazin verlişində danışıb:

“Nə şou-biznesi görürəm, nə də özümü ora qatılmış hiss edirəm. Biz öz əməyimizlə özümüzə biznes qururuq. Amma deyilən böyük şou-biznes anlamı bizdə yoxdu. Hansı müğənnnimiz hansısa prodakşınla işləyib, 100 min pul qazanıb? Prodakşın olsa belə, müğənnilərin qazancı nə olacaq, 1000 manat. Əgər hər hansı müğənnimiz və ya aktrisamız prodüser, prodakşın tərəfindən 100 min manat qonorar alsaydı, onda deyərdim ki, şou-biznes var. Mən gerçəkləri danışıram. Qonşu ölkələrə baxıb qibtə hissi keçirirəm, onlar filmləri, serialları ilə yüksək səviyyəyə gəlib dayana bildilər. Halbuki biz illər öncə onlardan qat-qat üstün idik. Çünki daha yaxşı məktəb görmüşük”.

// Aktual.az

Xəbər 7117 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR