Veb-kameralar seçkilərə tam hazırdır

Veb-kameralar seçkilərə tam hazırdır

Azərbaycanda noyabrın 1-də baş tutacaq parlament seçkilərini internet vasitəsilə izləmək üçün 118 dairə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, yalnız Ermənistan tərəfindən əraziləri işğal olunmuş rayonları əhatə edən 7 seçki dairəsi üzrə veb-kameraların quraşdırılması nəzərdə tutulmayıb. Bunlar 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələridir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib. O bildirib ki, məntəqələrə quraşdırılan veb-kameralar tam hazır vəziyyətə gətirilib və sabahdan etibarən internet istifadəçilərinin ixtiyarına veriləcək. Onun sözlərinə görə, veb-kameralar seçki məntəqələrinin 20 faizini əhatə edir.

Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR