Vaxtından əvvəl doğulan və həkim nəzarətində olan körpələr analarının səslərini eşidə biləcəklər.
Aktual.az atv.az-a istinadən bildirir ki, Cənubi Koreyanın "Samsung" şirkəti mobil telefonlar üçün anaların səsini və ürək döyüntülərini yazmağa imkan verən əlavə hazırlayır. Mobil telefon üçün əlavəyə yazılan səs yazısı vaxtından əvvəl doğulan körpələrin yerləşdirildiyi bölmələrdə yayılacaq.
Mütəxəssislərin fikrincə, ananın səsi yeni doğulan körpənin beyninin inkişafına müsbət təsir edir. Bununla belə, əlavənin nə vaxt hazır olacağı barədə dəqiq məlumat verilmir.