Fransada supermarketlərə vaxtı keçmiş ərzaqların atılmasını qadağan edən qanun qüvvəyə minib.
Aktual.az publika.az-a istinadən bildirir ki, fevralın 5-də qüvvəyə minən qanuna əsasən, iri mağazalar indən belə bu cür məhsulları ehtiyacı olanlara paylamaq üçün xüsusi xeyriyyə təşkilatlarına verməli olacaqlar.
BMT-nin 2014-cü ilin ortalarında yaydığı hesabata görə, ABŞ-da istehsal olunan ərzaq məhsullarının təxminən 40 faizi tullanır. Həmçinin hər il Avropada 100 milyon ton ərzaq məhsulları atılır.
Dünyada aclıqdan əziyyət çəkənlərin sayı isə 1 milyard nəfərə çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada istehsal olunan ərzaq məhsullarının 1/3-i ya çıxara gedir, ya da təyinatı üzrə istifadə olunmur.
Ötən il Böyük Britaniyada dərc edilən hesabata görə isə zibilxanalara 7 milyon ton qida məhsulları atılıb.