Vaşinqtonda fövqəladə vəziyyət elan olundu

Vaşinqtonda fövqəladə vəziyyət elan olundu
  • DÜNYA

ABŞ -ın paytaxtı Vaşinqtonda güclü qar səbəbindən fövqəladə vəziyyət elan olunub.


Aktual.az APA-ya istinadən bildirir ki, qar çovğunu həmçinin paytaxt ətrafı rayonları da cənginə alıb.

Şimali Karolina ştatının qubernatoru Pet Makrori yollarda  iki nəfərin öldüyünü bildirib.  

Virciniya ştatının polisi yollardakı qar yığında yüzlərlə avtomobillərin qaldığını, bir neçə nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.  

ABŞ Milli Meteoroloji Xidməti şərq sahilinə doğru daha güclü qar çovğununun yaxınlaşdığını proqnozlaşdırıb. 

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR