Vasif Talıbovun həyat yoldaşı təcili Türkiyəyə aparıldı -– “Donuz qripi” şübhəsi

Vasif Talıbovun həyat yoldaşı təcili Türkiyəyə aparıldı  -– “Donuz qripi” şübhəsi

Sevil Talıbovanın "donuz qripi"nə yoluxmasından şübhələnilir

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbova "donuz qripi"nə yoluxma təhlükəsi ilə təcili Türkiyəyə aparılıb.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sevil Talıbovanın yerləşdirildiyi yerli xəstəxanada səhhəti daha da ağırlaşıb. Talıbovanın ailəsi Türkiyə Səhiyyə Nazirliyindən yardım istəyib. Türkiyədən gələn həkimlərin ilkin müdaxiləsindən sonra xəstə ECMO adlanan cihaza qoşulub. Həmin cihazdan ağciyərlər funksiyasını yerinə yetirməkdikdə və ya ürək fəaliyyəti dayandığı halda istifadə edilir. S.Talıbova helikopter ilə İbn Sina Xəstəxanasına götürülüb. Vasif Talıbov və uşaqları isə onların ardınca digər helikopterlə Ankaraya uçublar.

Ağciyərində problem yaranan 55 yaşlı diabet xəstəsi S.Talıbovanın hazırda səhhətinin yaxşılaşdığı qeyd edilir.

Qeyd edilir ki, S.Talıbova Türkiyəyə xaricdən ECMO cihazı ilə gətirilən ilk xəstə olub.

Qeyd edək ki, xəbəri ilk olaraq Türkiyənin "Milliyət" qəzeti yayıb.

Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR