Vardanyan DANIŞDI: "Heç yerə getməyəcəm"

Vardanyan DANIŞDI:

Separatçı Dağlıq Qarabağ Respublikasının dövlət naziri vəzifəsindən azad edilən Ruben Vardanyan oranı tərk etməyəcəyini bəyan edib.
"Bilirəm ki, mənim Artsaxda (ermənilər Qarabağı belə adlandırır) olmağımla bağlı təzyiqlər var, lakin qeyd edirəm ki, mən harasa getməyə hazırlaşmıram. Mən burada işləyəcəyəm", - Vardanyan bildirib.
Ötən gün separatçı Dağlıq Qarabağ Respublikasının dövlət naziri Ruben Vardanyan vəzifəsindən azad edilib.
Onun vəzifədən çıxarılması Laçın-Xankəndi yolundadakı etiraz aksiyası və Azərbaycanla Ermənistan liderlərinin sülh danışıqlarının davam etdirilməsi ilə bağlı açıqlamadan sonra baş verib.
Dünən keçirilmiş iclasda tanınmamış "DQR prezidenti" Arayik Harutyunyan Rubem Vardanyanın "dövlət naziri" vəzifəsindən azad edilməsi haqqında fərman imzaladığını bildirib.
O, Ruben Vardanyanın bu vəzifədə dünyada Artsax (ermənilər Qarabağı belə adlandırır) haqqında məlumatlandırılması və blokada zamanı bir çox daxili problemlərin həlli üzrə əməyini yüksək qiymətləndirib.
"Arayik Harutyunyan dövlət naziri vəzifəsini, onun peşəkarlıq və insani, ədalətlilik, prinsipiallıq və vətənpərvərlik xüsusiyyətlərini nəzərə alaraq, baş prokuror Qurgen Nersisyana təklif etdiyini bildirib", - Qarabağ Mərkəzi İnformasiya Departamentinin məlumatında deyilir. (İnterfaks)


Xəbər 224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR