Vanqanı kiməsə təqdim etməyə ehtiyac yoxdur, onu bütün dünya tanıyır. O, öz dövrünün ən güclü öngörücülərindən biridir.
Publika.az oxucuları Vanqanın ibrətamiz fikirləri ilə tanış edir.
Axmaqlarla mübarizə aparma, onlar elə də qorxulu deyillər, onları düzəltməyə və ya dəyişməyə çalışma. Bax, zəhlətökən səfehlər ayrı məsələ, onlar həqiqətən təhlükəlidirlər. Bir hərəkətləri ilə bütün xalqı çaş-baş sala bilərlər.
Elə düşünmə ki, bütün həyat qabaqdadır! Bu, yanlışdır. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.
Əgər verdiyin vədi yerinə yetirə biləcəyinə əmin deyilsənsə, söz vermə. Çünki başqasına vurduğun yara gec-tez özünə qayıdacaq.
Bir nəfər Vanqadan soruşur: "Niyə xoşbəxtliyi belə çətinliklə qazanıram?” O, isə fikirləşir və cavab verir: Sən güclüsən, güclü insanlar xoşbəxtliyi çətinlikə əldə edir ki, zəiflərə asan olsun...
Həddindən artıq arzulamayın, siz hesablaşa bilməyəcəksiniz.
Allah dünyada ola bilməz, Allah elə işıq deməkdir. İnsanda Allah yoxdur, amma Allahda insan var.
Əgər düşmənə qalib gəlmək istəyirsənsə, onunla dostluq et.
Ruh ölmür. Yalnız pis insanların ürəkləri qeyzlənir və onları səmaya çağırmırlar. Onlar çevrilmirlər. Yer kürəsinə yalnız ən xeyirxahlar və ən yaxşılar qayıdır.
Bir hədiyyə ilə sevin – başqalarından qorun.
Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək.
Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmır və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə çox sərt cəzalandırır.
İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın ondan asılı və heç də asan olmayan həyatı var.
Heç nədən asılı olmayaraq, öz istədiyini hər yerdə və hər zaman axtar. İstədiyini ac adamın yeməyi, susuz adamların suyu, azmış adamın evin yolunu axtardığı kimi axtar. Əgər istədiyini axtarmağı tərgitməsən, o özü sənin ixtiyarına gələcək.
Sevgi - qəribə və şıltaq quşdur, harada yaşamaq istədiyinə özü qərar verir. Bizim ürəklərimizi yalqız qoyaraq dondurub istənilən vaxt qalxa və uça bilər.
Hər şey göylərdə artıq müəyyənləşib. İnanan və çalışan insan gec-tez düzgün cavab tapır. İstənilən suala cavab var, ancaq sualı necə verməyi və sənə hansı cavab lazım olduğunu bilmək lazımdır. Əgər sən öz həyatına qərar verməsən, onda ömür boyu eyni sualı verəcək və ona cavab tapmayacaqsan.
İnsan qəlblərindəki xaosdan qorxuram, qorxuram ki, pislik özünə yol açır, yaxşılıq isə gizlincə geri çəkilir...
Bəşəriyyət dəliliyə doğru gedir. Bu, hakimiyyət hərisliyi və zorakılıqdır... Bəli, dünənki cinayətkarların dünyanı idarə etdiyi kimi. Yalan, pozğun, allahsız, pisliyə tabe olan və xeyirxahlığa qarşı çıxan bütün insanlar ağlayacaq.
Gün gələcək ki, yalan Yer üzündən yox olacaq. Zorakılıq və oğurluq olmayacaq. Müharibələr kəsiləcək, sağ qalanlar isə həyatın qədrini bilməyə və onu qorumağa çalışacaqlar.
Xəbər 3112 dəfə oxunub.