Ana oğlunu evin vanna otağına aparanda gördüyü mənzərə onu dəhşətə gətirib. Çünki vanna otağında 1,4 metr uzunluğunda, yaşıl rəngli piton qıvrılırdı.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, olay İspaniyanın şimal-şərqindəki Kataloniya bölgəsində, Valyes Oksidental şəhərində yaşanıb.
Qorxusundan nə edəcəyini bilməyən 32 yaşlı qadın şokdan çıxanda polisə zəng vurub. Hadisə yerinə yollanmış polislər və yanğınsöndürənlər ilanı tutaraq şəhər zooparkına aparıblar.