Sabahdan Bakıda valyutadəyişmə məntəqələrinin sayı kəskin azaldılacaq.
Aktual.az xəbər verir ki, bu barədə məlumatı Musavat.com-a məntəqələrdən veriblər.
Valyutadəyişmə məntəqələrinə və banklara bu gün xəbərdarlıq edilib. Mərkəzi Bankdan bildirilib ki, sabahdan məntəqələrin sayının tədricən azaldılmasına başlanılacaq və ilin sonunadək Bakıda xırda valyutadəyişmə məntəqəsi qalmayacaq.
Bu işlə yalnız banklar və bir neçə iri məntəqə məşğul olacaq.
Aktual.az