Vahid terminologiya üçün 6 minə qədər termin toplanılıb

Vahid terminologiya üçün 6 minə qədər termin toplanılıb

Türk dünyasında ilk dəfə olaraq, türk dillərinin vahid terminologiyasının yaradılması üçün texniki sahə üzrə artıq 6 minə qədər beynəlmiləl termin toplanılıb.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib.

Vahid terminologiya bazasının yaradılması üçün yalnız beynəlmiləl əhəmiyyət daşıyan terminlərin toplandığını deyən S.Sadıqova ilk olaraq, texniki sahə üzrə beynəlxalq terminlər lüğətinin hazırlandığını, hazırda bu məqsədlə yeni terminlərin toplanılması işinin davam etdiyini də söyləyib.

Yeni hazırlanacaq lüğətdə terminlərin ilk olaraq, Türkiyə türkcəsi, daha sonra Azərbaycan, qazax, türkmən, qırğız və özbək dilində qarşılığı veriləcək.

Komissiyanın sədr müavini əlavə edib ki, texniki-tərəqqi, ictimai-siyasi həyatın inkişafı türk dilləri üçün ortaq terminoloji bazanın yaradılmasını zəruri edir.

O qeyd edib ki, təyin edilmiş dillərin hər birinin müxtəlif sahələrə aid terminləri seçilməli, anlayışı dəqiq ifadə edən termin ortaq türk dilləri üçün qəbul olunmalıdır. Belə bir məsələnin həlli terminologiyanın standartlaşdırılması üçün şərait yaradır.

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR