ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkasın (Evelyn N. Farkas) Azərbaycana səfəri başlayıb.
Aktual.az-ın verdiyi məlumata görə, səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir.
Qısamüddətli səfər zamanı onun Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.
Azərbaycan dövlət rəsmiləri ilə görüşdə ikitərəfli əlaqələr, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq və müdafiə məsələləri müzakirə olunacaq.