Bakıda usta kimi çalışan şəxs faciəli şəkildə ölüb.
Aktual.az report-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Orada yerləşən evdə usta işləyən 1986-ci il təvəllüdlü Ehtiram Quliyev laqunda ilə işləyərkən sağ ayağının bud hissəsini kəsib.
O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.