USM-ə getmədən uşağın cinsini necə bilmək olar?

USM-ə getmədən uşağın cinsini necə bilmək olar?

Dünyada ən xoş və həyəcanlı lotereya doğulacaq körpənin cinsiyyətini tapmağa çalışmaqdır. Müasir tibbi avadanlıqlar nəinki uşağın cinsiyyətini öyrənməyə, hətta onun hərəkətlərini izləməyə imkan verir.

Lakin həkimlər uşağın cinsiyyətini ancaq 3 və ya 4-cü aydan sonra deyə bilirlər.

Sizə xalq arasında yayılmış əlamətlər və onların elmi izahlarını təqdim edib. Nə qədər qəribə olsa da, əlamətlərin bir hissəsi elmdə də öz təsdiqini tapıb.

Əlamət: Şirin - duzlu

Əgər ana şirniyyat istəyirsə, deməli, qız olacaq. Duzlu nə isə istəyirsə, oğlan olacaq.

Elmi izahı

Alimlərin araşdırmalarına görə, bu, qadının təhtəlşüurun səviyyəsində özünü inandırması ilə bağlıdır.  Los-Ancelesdə pediatr işləyən Roy Pitkin əmindir ki, əgər qıza uşaqlıqdan bəri hamiləlik zamanı duzlu yeməkləri təlqin edirlərsə, onda duzlu yeməklər onu daha çox cəlb edəcək.

Alimlər bununla da razıdırlar ki, qadınların hamiləlik zamanı hissləri, xüsusilə iybilmə duyğuları kəskinləşir. Belə ki, burada dad yox, qoxu daha çox önəmlidir. Amma oğlan uşağına hamilə qalan qadınları nə cür qoxuların cəlb etdiyi elmə hələ ki məlum deyil.

Əlamət: Şişman qarın

Əgər qarnı aşağıda yerləşirsə, oğlan olacaq. Qarın hündürdürsə,  qızdır.

Elmi izahı

Hər şey ananın əzələlərindən, onun qarnının möhkəmliyindən asılıdır. Döl zamanı bədəni idmanla yükləmədən əzələləri tonusda saxlamaq çətindir. Yəni, məsələ anada deyil, onun idmanla nə qədər məşğul olmasındadır.

Əlamət: Girdə sifət

Əgər hamilə qadının üzü girdə olubsa, yanaqları qızarıbsa, qızı olacaq.

Elmi izahı

Demək olar ki, bütün qadınlar, o cümlədən yanaqları, hamiləlik vaxtı xeyli kökəlir. Bu da özlüyündə uşağın cinsini müəyyən etməyə heç bir əsas vermir. Buna baxmayaraq, fransız dietoloqlar  sübut ediblər ki, əgər hamiləlik zamanı qadının yanaqları sızanaqlarla örtülürsə,  90% ehtimal ilə demək olar ki, onun  qız olacaq.

Əlamət: Ürək döyüntüsü qızlarda daha güclüdür

Xalq arasında belə hesab edilir ki, qızların nəbzi anasının qarnında bir dəqiqədə 140 dəfə döyüntüdən daha  yüksəkdir. Oğlanlarda isə aşağıdır.

Elmi izahı

Əslində, nəbz oğlanlarda qızlardan aşağıdır. Amma hələlik alimlər bu fərqin doğuşdan əvvəl deyil, sonra belə olduğunu sübuta yetiriblər.

Əlamət: Sinənin ölçüsü

Əgər sağ döş daha ağır olursa, oğlan olacaq. Əgər sol ağır olarsa, qızdır.

Elmi izahı

Hamiləlik zamanı hormonal dəyişikliklər döşlərin həcminə həqiqətən təsir edir. Sinədəki damarlarda qan təzyiqi və yumşaq toxumalar artır. Bu, bəzən qadınlara ağrı verir, hətta xəstəliklərə gətirib çıxarır. Təəssüf ki, bu dəyişikliklərin uşağın cinsi ilə heç bir əlaqəsi yoxdur. Üstəlik, hamiləlikdən əvvəl də, sonra da sinənin həcmində qeyri-bərabərlik müşahidə olunur.

Əlamət: Ürək bulanması

Hamiləliyin böyük hissəsi boyu ürək bulanması və yorğunluq davam edirsə, qız olacaq! Əgər ürək bulanması çox nadir hallarda baş verirsə, zəiflik yoxdursa, demək ki, oğlandır.

Elmi izah

Alimlər bununla tamamilə razıdırlar. Bu əlamət öz təsdiqini tapıb. Əgər səhər tezdən başlayaraq  ana vaxtaşırı  olaraq özünü pis hiss edirsə və ürəkbulanması varsa,  onda o, qıza hamilədir. İsveçli alimlər bu faktı sübut etmək üçün 8 il vaxt sərf ediblər. 1987-ci ildən 1995-ci ilədək alimlər hamilə qadınların statistikasını və analizləri təhlil ediblər. Milyondan artıq anket nəticələri əsasında bu fakt inandırıcı şəkildə sübut edildi. Alimlər güman edirlər ki, ananın bətnində qız olanda bu, hormonal fona xüsusi tərzdə təsir edir və yorğunluğa səbəb olur.

Əlamət: Soyuq ayaqlar

Əgər gələcək ananın ayaqları daim donursa, o, oğlan doğacaq.

Elmi izahı

Ayaqların donması qan dövranının zəif olmasının əlamətidir. Doğrudan da qadınlar oğlana hamilə qalanda qan dövranı zəifləyir. Statistika göstərir ki, bu əlamət 75% hallarda düzgündür.

Əlamət: Analıq instinkti

Hesab edilir ki, qadınların hamiləlik vaxtı altıncı hissi daha yaxşı inkişaf edir və ana öz körpəsinin cinsiyyətini təxmin edir.

Elmi izahı

Elm burada acizdir, amma statistik araşdırmalar göstərir ki, 71% hallarda gələcək analar həqiqətən öz uşağının cinsiyyətini həqiqətən bilirlər. Qohumların onlara inanmaması isə başqa bir məsələdir.

Çin formulu

Son vaxtlar Çin hesablama sistemi geniş yayılıb. Bunun üçün anasının yaş həddi ilə mayalanma baş verdiyi ay arasında hesablamalar aparılır. Rəqəm cüt olduqda qız, tək olduqda isə oğlan olacağı deyilir.

Elm izahı

Çinli həkimlər iddia edirlər ki, formul 90% düz çıxır. Qərb alimləri hələ ki, bununla bağlı araşdırma aparmayıblar. //Publika.az

Xəbər 1475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR