Alimlər xəbərdarlıq edirlər! Uşaqlarınızın süd dişlərini atmayın. Süd dişi gələcəkdə onların həyatını xilas edə bilər.
Aktual.az bizimyol.biz-ə istinadla xəbərinə görə, ABŞ Milli Stomotologiya İnstitutunun doktoru Suntao Şi bildirib ki, insanın süd dişlərində onlarla qiymətli kök hüceyrələri var ki, bu hüceyrələr müxtəlif ağır və sağalmaz xəstəliklərin müalicəsində istifadə oluna bilər.
Dünyanın müxtəlif ölkələrində mütəxəssislər uzun illərdir kök hüceyrələrinin ürək, baş beyin, mədəaltı vəz və digər orqanlara təsirinin öyrənilməsi ilə məşğuldurlar. Doktor Şinin komandası müəyyən edib ki, yetkin insanın dişində yalnız bir növ kök hüceyrəsi olur. 7-8 yaşlı uşaqların süd dişləri isə mütləq şəkildə müxtəlif kök hüceyrələrdən ibarət olur. Bu da o deməkdir ki, uşağınızın kök dişi gələcəkdə onu müxtəlif xəstəliklərdən xilas edə bilər. Bəs bu necə baş verir?
Dişin daxilində yerləşən kök hüceyrələr sonralar neyronlara, sümüyə və qığırdağa, hətta ürək hüceyrəsinə çevrilə bilərlər. Bu prosedur I növ şəkərli diabet xəstəliyinin müalicəsində də öz effektini göstərir. Belə ki, kök hüceyrələr insulin istehsal edən mədəaltı vəzi hüceyrəıləri kimi də fəaliyyət göstərə bilər. Beləliklə, uşağınızın süd dişini qorumaq üçün nə etməlisiniz? Diş çıxdıqdan sonra ilk 48 saat ərzində onu soyuducuda dondurmalısınız. Təbii ki, steril qabın içərisində.
Mütəxəssislərin fikrincə, ağız boşluğu və diş toxumaları süd dişlərinin kök hüceyrələri hesabına yenilənə bilər
Aktual.az
Xəbər 988 dəfə oxunub.