Uşaqlar arasında ən çox hansı xəstəlik yayılıb? - Statistika

Uşaqlar arasında ən çox hansı xəstəlik yayılıb?   - Statistika

Azərbaycanda 0-3 yaşlı uşaqlar arasında çox müşahidə edilən xəstəlik tənəffüs orqanı xəstəlikləridir.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ötən il 0-3 yaşlı uşaqlar arasında 343 289 nəfər tənəffüs orqanı xəstəliklərinə tutulub. 2015-ci ildə 61 720 uşaq bəzi infeksion və parazitar xəstəliklərlə xəstələnib.

Siyahıda üçüncü yeri həzm sistemi xəstəlikləri tutur. Belə ki, ötən il xəstələnən 49 908 uşağa bu diaqnoz qoyulub.

0-3 yaşlı uşaqlar arasında sinir sistemi xəstəlikləri 35 779 nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri ilə 31 073 nəfər, qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar nəticəsində 30 108 nəfər xəstələnib. 

Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR