Uşaq intiharları və abortların səbəbi

Uşaq intiharları və abortların səbəbi

Azərbaycanda ailə zorakılığı, abortlar və uşaq intiharlarının sayı artıb.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, bu faktlar ailələrin rastlaşdığı problemlərlə bağlıdır: "Azərbaycanda hazırda 2 milyon 2 min 30 ailə var. Həmin ailələrin içərisində uzunömürlü ailələr, qızıl, brilyant və gümüş toyu olan ailələr daha çoxdur. Onlar Azərbaycan ailələrinin nümunələridirlər. Amma bəzi sıxıntılardan bu cür xoşagəlməz hallar da baş verir və bu problemlər artır. Ailələrdə zorakılıq, uşaq intiharları və abortların artmasına səbəb həmin ailələrdə ailə üzvlərinin bir-birindən ayrı yaşaması, nikahsız ailələrin qurulması, qeyri-rəsmi nikahdan uşaqların dünyaya gətirilməsidir. Bu cür faktlar ailələrdə uşaq intiharları və abortların sayının atrmasına səbəb olub. Bu cür halların qarşısı alınmalıdır".

H.Hüseynova bildirib ki, bu cür halların qarşısını almaq üçün Dövlət Komitəsi tədbirlər həyata keçirməyə başlayıb.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR