Uşaq hüquqları ilə bağlı yeni fəaliyyət planı hazırlanır

Uşaq hüquqları ilə bağlı yeni fəaliyyət planı hazırlanır

"Uşaq hüquqları ilə bağlı yeni fəaliyyət planı hazırlanır".
Aktual.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, qanunvericiliyə ailə və uşaqlarla bağlı yeni normalar daxil edilib və dövlətin buna nəzarət etməsi müəyyənləşdirilib: "İlk növbədə 2020–2030-cu illəri əhatə edən "Uşaq Strategiyası” sənədini qeyd etmək lazımdır. Bu sənəd əsasında çoxsaylı addımlar atılıb. Bu ilin sonuna qədər başa çatacaq fəaliyyət planının hazırlanması üzərində iş aparılır. Strategiyanın əsas istiqamətlərindən biri qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur və bu istiqamət üzrə son 5 ildə 5 normativ-hüquqi sənəd layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanıb. Bunlar mühüm nailiyyətlərdir”, - o bildirib.


Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR