“Uşaq bağçalarında maksimum qiymət 500 manat olsun” - Təklif

“Uşaq bağçalarında maksimum qiymət 500 manat olsun” - Təklif

Azərbaycanda ödənişli uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi təklif olunur.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli çıxış edib.

O, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan "Məktəbə qədər təhsil haqqında” qanuna bu məsələnin salınmasını istəyib.

Komitə sədri maksimum ödəniş həddinin 500 manat olmasını təklif edib: "Amma bu bizim düşündüyümüz variantdır. Bununla bağlı başqa uyğun təklif olarsa, o təklifi də dəyərləndirə bilərik”.
 
Aktual.az
Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR