Uşağın ölümünə bais olan həkimdən...

Uşağın ölümünə bais olan həkimdən...

Burun-boğaz əməliyyatından sonra dünyasını dəyişən 3 yaşlı Arzu Qurbanlının ölümündə günahlandırılan həkim ittihamlara cavab verib.

Aktual.az bildirir ki, aznews.az-a açıqlama verən "Real" Tibb Mərkəzinin cərrahı İlham Ağayev ekspertiza rəyinin hələ də açıqlanmadığını bildirib: "Biz də ekspertizanın cavabını gözləyirik. Yəqin ki, hazır olanda ictimaiyyətə məlumat veriləcək. Uşaq qusub. Sadəcə olaraq, aspirator nəfəs yoluna salınıb oradan qusuntu kütləsi çıxarılıb. Bunu ekspertiza deyil, biz həkimlər görürük. Mən bilən həmin vaxt valideynlər içəridə olub".

İ.Ağayev uşağın atası Sənan Qurbanlının "Həkim bəzi media orqanlarına uşağın yeməyini qaytardığını və yeməyin nəfəs borusuna düşdüyü üçün öldüyünü iddia etsə də, razılaşmıram. Çünki həmin gün Arzu heç nə yeməmişdi" fikrinə də münasibət bildirib. Deyib ki, insan heç nə yeməsə də, onun mədəsində həmişə şirə olur: "Biz demirik ki, uşaq nəsə yeyib. Qaydaya görə, mədə boş qalıb narahatlıq verməsin deyə 4 saatdan sonra xəstə su içə bilər. Kütlə deyəndə içdiyi su, yediyi çörək nəzərdə tutulmur. Həmçinin adi mədə şirəsi var. Biz heç nə yeməsək belə, mədədə həmişə müəyyən qədər kütlə olur".

Həkim əməliyyat öncəsi A.Qurbanlıya narkozun çox verildiyi iddiasına isə belə cavab verib: "Mən cərraham, narkoz vermirəm. Bildiyim qədərilə də narkoz ona qaydasında verilib".

Xatırladaq ki, 3 yaşlı Arzu Qurbanlı iyunun 30-da Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğaz və burun əməliyyatından sonra dünyasını dəyişib. Valideynləri uşağa narkozun çox verildiyini iddia edir.

Aktual.az

Xəbər 5543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR