"Hicabımı açmağımda günahkar odur. Haqqımı ölən günümə kimi ona halal etməyəcəm" - bu sözləri big.az-a prodüser Humay Muxtarova deyib. Ailə qurmağa hazırlaşan prodüserdən hicabı niyə acdığını soruşduq. H. Muxtarova isə tam səmimi həyatında olanları, keçmişini danışdı:
" Mən müqəddəs torpağa getmişdim. Hər şeydən uzaqlaşmışdım, çünki bu mənim içimdən gəlmişdi. Prodüserəm işləyirəm, çörək pulu qazanmalıyam. Uşağım var. O zaman həyatımda olan şəxs mənə yiyəlik etmədi. Tək çapalayırdım. Özüm işləyib, uşağıma baxırdım. Bəlkə də indi həyatımda olan insan o zaman qabağıma çıxsaydı, bəlkə də başımı açmazdım. Məcburiyyətdən elədim. İçki məclislərinə gedirdim, iş görüşmələrinə gedirdim... O insan məni yarı yolda, yarımçıq, bətnimdə övladım ola-ola tək qoydu və uzaqlaşdı. Başıbağlı xanıma dindar ər yiyəlik edər. Əgər o insan mənə yiyəlik etmədisə, o zaman mənim də o insana arvad kimi qalmağım haram idi. O mənə demişdi ki, hər şeydən uzaqlaş, işini at, başını bağla ailəmiz olsun, sənə baxacağam. Amma aldatdı. Qoy günahı onun boynuna yazılsın, Allahdan bunu istəyirəm. Ölən günə kimi ona halallıq verməyəcəyəm, münasibətimiz yoxdur, inşallah etdiklərinə görə axirətdə cavab verəcək".
Aktual.az