Uşağı olmayan ailələrin 7 mini boşandı - DƏHŞƏTLİ STATİSTİKA

Uşağı olmayan ailələrin 7 mini boşandı   - DƏHŞƏTLİ STATİSTİKA

Hər keçən il Azərbaycanda boşanmaların sayı artır.

Bunların arasında uşaq olmayan ailələr üstünlük təşkil edir. Bunu elə statistikada da müşahidə etmək olur.

Aktual.az bildirir ki, Statistika Komitəsindən azvision.az-a verilən məlumata görə, 2015-ci ildə 12 764 nikahın pozulması halı qeydə alınıb. Boşanmaların 6 950-i uşağı olmayan ailələrdə reallaşıb.

Məlumatda, həmçinin qeyd edilib ki, ötən il nikahın pozulması 2 838 bir uşaqlı, 2 976 iki və daha çox uşaqlı ailələrdə qeydə alınıb. Boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 9 378 nəfərdir.

2014-cü ildə isə bu rəqəmlər bir qədər azdır. Belə ki, 2014-cü ildə 12 088 boşanma olub ki, bunun 6 840-i uşaqsız ailələrdə, 2 798-i bir uşaqlı ailələrdə, 2 450-i isə iki və daha çox uşaqlı ailələrdə reallaşıb. Nəticədə 8 196 uşaq valideynlərdən biri ilə qalıb.

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR