Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunublar.
Aktual.az xəbər verir ki, bu barədə Unikal-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.
DİN rəsmisinin sözlərinə görə, onların izahatları alınıb.
E.İbrahimov qeyd edib ki, barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.
Xəbər 345 dəfə oxunub.