ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycana parlament seçkiləri ilə bağlı müşahidəçilər göndərməkdən imtina etməklə bir sıra ölkələrlə münasibətləri korlaya bilər.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov deyib.
O bildirib: "Fikrimcə, bu insident Büronun bir sıra ölkələrlə münasibətlərinə ciddi təsir edəcək".