“Sabah prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı vacib danışıqlar üçün görüşəcəyini gözləyirik”.
Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “twitter” səhifəsində yazıb.
Qeyd edək ki, sabah Ermənistan və Azərbaycan prezidentlərinin İsveçrənin Bern şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü keçiriləcək.