Dağlıq Qarabağın separatçı rəhbərliyi ilə görüşəcəklərini deyib
Aktual.az xəbər verir ki, ATƏT-in Minsk qrupunun amerikalı hәmsədri Ceyms Uorlik özünün "Twitter" hesabında Azərbaycan və Ermənistanı silahlardan istifadə etməməyə çağırıb.
"Atəş açan və ya ona cavab verən tərəf olmasından asılı olmayaraq Azərbaycan və Ermənistan silahlardan istifadə etməkdən imtina etməlidilər", - deyə Uorlik yazıb.
Başqa bir tvitində isə o, bu gün Dağlıq Qarabağın separatçı rəhbərliyi ilə görüşəcəklərini deyib.