Universitetdə partlayış: 23 tələbə öldü — VİDEO

Universitetdə partlayış: 23 tələbə öldü   — VİDEO
  • DÜNYA

Universitetin önündə baş vermiş partlayış nəticəsində 23 nəfərin öldüyü bildirilir.

Aktual.az Ölkə.az-a istinadən  xəbər verir ki, ağır yaralanmış daha 60 nəfər Latakiya universitetinin yaxınlığındakı xəstəxanaya çatdırılıblar.

Bəzi məlumatlara görə universitetin önündə bomba partladılıb, bəzi məlumatlara görə isə əraziyə iki "Qrad" raketi düşüb.

Şəhərdə fövqəladə vəziyyət elan olunub. Suriyanın bu şəhərində həm də Rusiya hərbi dəniz və hərbi hava qüvvələrinin bazaları yerləşir.

Partlayışın baş verdiyi ərazinin yaxınlığında həmçinin müştərilərinin əksəriyyətini rus jurnalistlərin təşkil etdiyi hotellər yerləşir.

Ölənlərin və yaralananların kimliyi araşdırılır.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR