Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanovun oğlu komaya düşüb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə E.Aslanov facebook səhifəsində yazıb.
Prorektor qeyd edib ki, oğlu Ercanı maşın vurub: "O, 7 gündür ki, komadadır. Dünən axşam Ercanı ziyarət etdik, əvvəlki kimi yatır. Həkimlər səbrli olmagı, gözləməyi tövsiyə edir. Bu vəziyyət 3 həftəyədək davam edə bilər. Gördüklərim onun bizə dönəcəyinə inamımı daha da artırdı. Dualarınızı əsirgəməyin...”