Unikal məqbərə tapıldı - FOTO

Unikal məqbərə tapıldı   - FOTO
  • DÜNYA

Şimali Kipr Türk Cumhuriyyətində unikal tapıntı aşkarlanıb. Arxeoloqlar Soli şəhərinin yaxınlığında, qədim şəhərin qalıqlarında qazıntılar apararkən 2400 il yaşı olan məqbərə tapıblar.
Aktual.az Daily Mail-ə istinadən bildirir ki, məqbərədəki iki məzar qədimlərdə qarət olunsa da, iki məzar toxunulmaz qalıb.

Həmin məzarda insan sümükləri, habelə bəzək əşyaları, heykəlciklər, qablar və silah vardı.
Ən maraqlı tapıntı isə sarmaşıq yarpaqları və giləmeyvə ornamentli qızıl çələngdir.
Belə çələnglər əvvəllər Makedoniya ərazisindəki qədim sərdabə və məqbərələrdə də aşkarlanmışdı.

Ankara Universitetindən olan arxeoloq Xazar Kabanın dediyinə görə, qədim Soliyə bir çox əşyalar, bəzəklər və qablar Afinadan gətirilib. Əvəzində isə qədim Kiprdən Afinaya ağac və mis daşınıb.
Solidəki məqbərədə tapılmış qabların bəziləri Makedoniya, bəzisi isə Kiçik Asiyanın qərb sahilindəki İoniyada hazırlanıb. Bundan başqa, məqbərədə tapılmış bəzi bəzək əşyaları Sola şəhəri ilə qədim Əhəmənilər dövləti arasındakı ticari əlaqələrə dəlalət edir.
Soli şəhərinin bünövrəsi Heqo çayının sahilində eramızın 6-cı əsrinin əvvəllərində qoyulmuşdu.

Xəbər 579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR