"Un dəyirmanlarında buğdaya insan orqanizmi üçün arzuolunmaz ağ maddə qarışdırırlar".
Aktual.az bildirir ki, bu barədə aznews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı birliyə daxil olan müraciətlərin ardı-arası kəsilmir: "Həcmini şişirtmək, yaxud da yapışqanlıq vermək üçün una kimyəvi maddə qarışdırırlar. Ancaq o nə maddədir, haradan gətirilir, mənşəyi nədir - bilinmir".
E.Hüseynov məsələ ilə bağlı hələ ki dövlət qurumlarına müraciət etmədiyini bildirib: "Dövlət orqanları onsuz da seyrçi mövqedədirlər. Buna son qoymaq lazımdır. Biabırçılıqdır. Ölkədə çox böyük fəsadlar gözlənilir".