"Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyi məhv olmaqdan xilas oldu" - Fərid Şahbazlı:


"Azərbaycanın bütün dünyaya örnək olan dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub"
 
"Ulu Öndər Heydər Əliyev güclü və müstəqil Azərbaycanın memarı,  milli dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm əhəmiyyəti olan və bu gün bütün xalqımızın ətrafında birləşdiyi azərbaycançılıq ideologiyasının müəllifidir. Məhz Ulu Öndərin qətiyyəti sayəsində ölkəmiz üçün olduqca çətin və mürəkkəb şəraitdə Azərbaycan dövlətçiliyi məhv olmaqdan xilas oldu, bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazandı".
 
Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib. F.Şahbazlı qeyd edib ki, bu gün Azərbaycanın bütün dünyaya örnək olan dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: "Ümummilli Liderimizin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. 2 fevral Gənclər Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir".
 
İGİB sədri qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilir: "Ona göstərilən diqqəti yüksək qiymətləndirən Azərbaycan gəncliyi daim dövlətçiliyin yanında olub, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimadı doğrultmağa çalışacaq".
Xəbər 688 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR