İtaliya milli komandasının, "Çelsi” və "Yuventus” klublarının sabiq hücumçusu Canluka Vialli bu gün 58 yaşında vəfat edib.
Aktual.az Sky Sports-a istinadən xəbər verir ki, Vialli mədəaltı vəzi xərçəngindən əziyyət çəkirmiş.
Sabiq hücumçu uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı ərəfəsində vəziyyəti pisləşib.
Xəstəxanaya yerləşdirilən Vialli yanvarın 6-da səhər saatlarında dünyasını dəyişib.
Vialli İtaliya yığmasında 59 oyun keçirib. O, "Çelsi” ilə İngiltərə kubokunu qazanıb, "Yuventus”un heyətində isə Çempionlar Liqasının qalibi olub.
Xəbər 208 dəfə oxunub.