Ukraynaya icazə verildi: ABŞ rəsmən elan etdi

Ukraynaya icazə verildi: ABŞ rəsmən elan etdi
  • DÜNYA

ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyaya uzaqmənzilli silahlardan atəş açmağa icazə verib.
Aktual.az  xəbər verir ki, bunu ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols deyib.
"Başa düşməliyik ki, müharibə Rusiyanın Ukraynanı işğalı ilə başladı. Rusiya qoşunlarını Ukraynadan çıxarsa və bu ölkənin sərhədlərinə hörmət etsə, münaqişə elə indi başa çata bilər. Həmişə belə olub. Prezident Baydenin icazəsi verdiyi silahlar Kiyevə özünü müdafiə etmək üçün daha çox imkan verəcək. Ümid edirik ki, bu, Rusiyaya Ukrayna ərazisini ələ keçirmək üçün gücdən istifadənin uğurlu olmayacağını başa düşməyə imkan verəcək və bəlkə də sülh danışıqlarına başlayacaq. Ən yaxşısı isə Ukrayna ərazisini sadəcə tərk edəcək”, - Nikols bildirib.
Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR