Ukraynanı öldürücü silahlar, o cümlədən "Javelin” sistemləri ilə təchiz etməyə başlayan ilk ölkə ABŞ-dır və Amerika bunu Donald Trampın birinci prezidentliyi dövründə edib.
Aktual.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
"Yaxşı yadımdadır, 2014-2016-cı illərdə Krımdan sonra NATO ölkələrinin mövqeyi belə idi ki, Rusiyanı təxribata salmamaq üçün Ukraynaya öldürücü silahların verilməsinə ehtiyac yoxdur. Amma o silahların, o cümlədən "Javelin”in Ukraynaya verilməsi barədə qərar verən elə Prezident Tramp idi”, - Stoltenberq bildirib.
Xəbər 76 dəfə oxunub.