Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda üçgünlük işgüzar səfərdədir. Səfər çərçivəsində Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeriy Vasilyeviçin Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) ofisində təşkilatın idarə heyəti ilə görüşüb.
Görüşü giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov açaraq Azərbaycan-Ukrayna əlaqələrindən danışdı. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd etdi. Bu istiqamətdə ASGA-nın müxtəlif layihələr həyata keçirdiyini deyən S.Abbasov gələcəkdə “Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun keçiriləcəyini dedi: “Ukrayna bizimçün strateji müttəfiq ölkədir. Bugün Ukraynada Ulu Öndərin xatirəsinə parklar salınır, abidələr ucaldılır. Eyni münasibəti isə Azərbaycan Ukraynaya sərgiləyir. Heç kimə sirr deyil ki, bugün Bakıda və bir neçə regionda Ukraynanın tanınmış tarixi şəxsiyyətlərinin xatirəsi müxtəlif abidələrlə əbədiləşib. Bu dostluq, mütəffiqlik siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Biz də ASGA olaraq bu ələqələri gənclər səviyyəsində inkişaf etdirməyə borcluyuq.”
Daha sonra Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeriy Vasilyeviç çıxış edərək rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışdı. Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən V.Vasilyeviç Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini dedi: “Xarkov Milli Daxili İşlər Universiteti Ukraynada öz çəkisi, təhsil sahəsində ciddi yükü olan elm ocağıdır. Bizim universitetdə xarici ölkələrdən gələn tələbələr üçün olduqca əlverişli şərait yaradılıb. Biz, eyni zamanda, hüquq, psixologiya, maliyyə, bank işi, sığorta, kibercinayətkarlıqla mübarizə və digər mühüm istiqamətlər üzrə kadr hazırlıqlarını həyata keçiririk. Biz bu ilden Azərbaycandan ilk dəfə tələbə qəbulunu həyata keçirəcəyik.Azərbaycanda bizim tərəftaşımız SOFİ Group LTD Xaricdə Təhsil Şirkətidir ”
Xarkov Milli Daxili İşlər Universitetinin Hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru, dosent Sinequbov Oleq Vasilyeviç çıxış edərək təmsil etdiyi fakultənin fəaliyyətindən danışdı. Ukrayna hüquq təhsilində bu fakultənin xüsusi rol oynadığını deyən O.Vasilyeviç xarici tələbələr üçün özəl proqramların nəzərədə turulduğunu dedi: “Bizim Universitetin özəl xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, biz yüksək təhsillə bərabər qiymətləri kifayət qədər aşağı həddə müəyyənləşdirmişik. Belə ki, əyani təhsil üçün illik ödəniş 1400 ABŞ dolları, qiyabi təhsil üçün isə 800 ABŞ dolları təşkil edir”
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev çıxış edərək son 5 ildə Ukrayna-Azərbaycan əlaqələrinin daha dinamik inkişaf etdiyini dedi. Ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını dyən A.Verdiyev təhsil sahəsində birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğuladı.
ASGA sədr müavini Tural Əhmədov isə çıxışında Ukrayna ali təhsil müəssisələrinin dünya reytinqində xüsusi çəkisi olduğunu dedi. Qarşılıqlı tələbə mübadiləsinin inteqrativ dinamikasının birgə layihələrdən asılı olduğunu deyıən T.Əhmədov bu sahədə QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü dedi.
SOFİ Group LTD (www.Sofi-Group.com) -nin rəhbəri Sultanım Seyidəliyeva cıxş edərək qonaqların Bakı səfəri barədə geniş məlumat verdi. Xaricdə təhsilin prioritet istiqamətlərindən danışan S.Seyidəliyeva bu istiqamətdə ikitərəfli səfərlərin vacibliyini vurğuladı.
Sonda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İdarə Heyətinin qərarı ilə təsdiqlənən “Fəxri Diplom” Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeriy Vasilyeviçə təqdim edilib.