Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarının tükənməsi Kiyevi ölkədəki münaqişəni dinc yolla dayandırmağa sövq etməlidir.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Ukrayna Silahlı Qüvvələrinin demək olar ki, heç bir strateji ehtiyatı qalmayıb. Kiyev Rusiya Silahlı Qüvvələrinin effektiv hərəkətləri nəticəsində çox ciddi itkilər verib.
Sadəcə olaraq əminəm ki, bu ilin sonuna qədər əsgərlərimizin döyüş təmas xəttində daha böyük uğurlarının şahidi olacağıq", - o bildirib.
Xəbər 58 dəfə oxunub.