Ukraynanın bu obyektlərini vurmalıyıq - Korotçenko

Ukraynanın bu obyektlərini vurmalıyıq - Korotçenko
  • DÜNYA

Ukraynada elektrik enerjisi istehsal edən obyektlərə genişmiqyaslı raket zərbəsi Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində xoşagəlməz sürprizlərindən yayınmağa kömək edəcək.
Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
Onun sözlərinə görə, yalnız bu halda Rusiya oyun qaydalarını diktə edəcək:
"Ukrayna Silahlı Qüvvələrindən müxtəlif hərəkətlər gözləmək olar. Onların imkanlarını minimuma endirmək üçün yalnız bir yol var - asimmetrik cavab lazımdır, ətalətə reaksiya deyil.
Bunun üçün isə Ukraynada elektrik enerjisi istehsal edən obyektlərə genişmiqyaslı raket zərbəsi endirmək lazımdır. Ukraynanı qaranlığa qərq etdikdən, kritik enerji infrastruktur obyektlərini dağıtdıqdan, Ukrayna Silahlı Qüvvələrinin arxa сəbhəsini sabitlikdən məhrum etdikdən, Ukraynada hərbi və hökumət idarəetmə sistemini iflic vəziyyətinə saldıqdan sonra biz oyun qaydalarını diktə edəcəyik və növbəti Ukrayna zərbələrini gözləməyəcəyik", - o bildirib.
Xəbər 114 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR